Cari ilin iyun ayının 22-də Azərbaycan
Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Daşınmaz
əmlak üzərində hüquqların qeydiyyatı” mövzusunda distant təlim keçirilib.
Təlimdə Kollegiyanın üzvü Cabbar Bayramov müvafiq
mövzuda məruzələr səsləndirib, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı
prosedurlarını izah edib, bu sahədə mövcud qanunvericilik aktları təhlil edib.
Həmçinin vəkillər tərəfindən səsləndirilən
çoxsaylı suallar cavablandırılıb, kazuslar təhlil olunub.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 74 üzvü iştirak edib.