Məhkumlara pulsuz hüquqi yardım
göstərilməsi prosesinə start verilib.
Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə
Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq,
məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə Penitensiar xidmətin 2, 9, 17 saylı
cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş
keçirilib.
Belə ki, iyunun 25-də “Pro Bono” Vəkil
Bürosunun (VB), Bakı şəhəri 38 saylı VB-nin, “Mərkəz” VB-nin, “Qanunçuluq”
VB-nin “Güvən” VB-nin, Bakı şəhəri 39 saylı VB-nin, o cümlədən Bakı şəhəri 13
saylı VB-nin vəkilləri ilə təşkil olunmuş görüş zamanı 234 məhkuma mülki və cinayət
qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının
təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.