Məlum olduğu kimi, Vəkillər Kollegiyasının
(VK) sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov Dövlət Gömrük Komitəsinin
Akademiyası və Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Magistr
Dissertasiya Şuralarında sədrdir.
Cari ilin iyun ayının 28-də hər iki ali
təhsil müəssisəsində Anar Bağırovun sədrliyi ilə magistr dissertasiyalarının
müdafiəsi keçirilib.
Hüquqşünas alimlərin iştirakı ilə keçirilən
müdafiə prosesində magistrantların dissertasiya işləri yüksək qiymətləndirilib
və müdafiələr müvəffəqiyyətlə başa çatıb.
Qeyd edək ki, VK ilə respublikamızdakı Hüquq fakültələri olan bütün universitetlər arasında Memorandum imzalanmışdır. Memorandum çərçivəsində universitetlərlə birgə konfranslar, seminarlar təşkil edilir, həmçinin hüquqşünas tələbələr vəkil bürolarında istehsalat təcrübəsi keçirlər.