Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi ilə bağlı təlim keçirilib

08 iyul 2024    468 share share

Cari ilin iyul ayının 6-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinin məhkəmə təcrübəsində problemləri” mövzusunda hibrid formatında təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun və Akademiyanın rektoru Əmir Əliyevin adından salamlayıb və onlara uğurlar arzulayıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, hüquq üzrə fəlsəfə doktoru Azər Tanrıverdiyev tərəfindən birgə nikah dövründə əldə olunmuş əmlak, onun bölünməsi və bu proses zamanı məhkəmə təcrübəsində yaranan problemlər ətraflı tədqiq olunub, qeyd olunan istiqamətdə müvafiq kazuslar təhlil edilib.

Sonda vəkillərin çoxsaylı sualları təlimçi tərəfindən cavablandırılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 75 üzvü distant, 22 üzvü əyani olmaqla, ümumilikdə 97 vəkil iştirak edib.