Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Əmək hüquqları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” mövzusunda təlim keçirilib

15 iyul 2024    529 share share

Vəkillərə “Əmək hüquqları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” mövzusunda təlim keçirilib.

 

Cari ilin iyul ayının 13-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Əmək hüquqları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” mövzusunda hibrit təlim keçirilib.

 

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun və Akademiyanın rektoru Əmir Əliyevin adından salamlayıb və onlara uğurlar arzulayıb.

 

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın “Əmək Komitəsi”-nin sədri Elvin Novruz əmək hüquqları əleyhinə olan inzibati xətalar və bu işlər üzrə icraat barədə məruzələrlə çıxış edib. Təlimçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin mövzuya müvafiq maddə və yarımbəndləri ətraflı təhlil edilərək təcrübədə yaranan problemlər, o cümlədən qeyd olunan istiqamətdə müvafiq kazuslar müzakirə edilib.

 

Sonda vəkilləri bu sahədə maraqlandıran çoxsaylı suallar təlimçi tərəfindən cavablandırılıb.

 

Təşkil olunan hibrit təlimdə Vəkillər Kollegiyasının 75 üzvü distant, 10 üzvü əyani olmaqla, ümumilikdə 85 vəkil iştirak edib.