Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Elektron order” layihəsi üzrə təlimçilər hazırlanıb

22 iyul 2024    578 share share

Vəkillər Kollegiyasının uğurlu layihələrindən hesab olunan “Elektron order” sisteminin əsas məqsədi peşəkar hüquqi yardımın təmin edilməsi, vəkillərin bu istiqamətdə işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasından ibarətdir.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 10 iyul tarixli qərarı ilə “Elektron order” layihəsi üzrə təlimlərdə bütün vəkillərin iştirakı təmin edilməsi və müvafiq işin təşkilinin Vəkillər Kollegiyasının Akademiyasına tapşırılması qərara alınıb.

 

Bu məqsədlə cari ilin iyul ayının 20-də Vəkillər Kollegiyası Akademiyası və “Elektron vəkillik” Komitəsinin təşkilatçılığı ilə növbəti iclas keçirilib. İclasda “Elektron order” sisteminin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, həmçinin layihə üzrə həyata keçiriləcək təlimlər üçün təlimçilər hazırlanıb.

 

Müvafiq istiqamətdə təlimçilərin ixtisaslaşması məqsədilə iclasın davamında keçirilən təlimdə Vəkillər Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil Bürosunun müdiri Nihad Əliyev məruzəçi qismində çıxış edib. O layihə üzrə xüsusi əhəmiyyət daşıyan məsələlərə toxunaraq onların hazırlıq səviyyəsinin yüksək olması üçün  öz tövsiyələrini verib.

 

Təlimçilər üçün təşkil olunmuş təlimdə 2 nəfər distant, 6 nəfər əyani olmaqla, ümumilikdə 8 nəfər iştirak edib.