Cari ilin iyul ayının 20-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Sosial təminat hüquqlarının müdafiəsi zamanı praktik məsələlər” adlı hibrit təlim keçirilib
.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev təlim iştirakçılarını Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı xüsusi məqamlara toxunaraq onlara uğurlar arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının direktoru Abuzər Mütəllimov sosial təminat hüquqları və bu hüquqların müdafiəsi zamanı meydana gələn praktiki məsələlər barədə ətraflı çıxış edib. Təlimçi tərəfindən sosial təminat məsələlərinin məhkəmə mübahisəsinə qoşulma səbəbləri, sosial təminat məsələləri ilə məşğul olan qurumlar, o cümlədən onların iş prinsipi və mübahisənin məhkəmə aidiyyəti mövzusunda geniş məruzələr edilib.
Təlimin sonunda mövzu üzrə vəkilləri maraqlandıran suallar cavablandırılıb.
Təşkil olunmuş hibrit təlimdə Vəkillər Kollegiyasının 60 üzvü distant, 22 üzvü əyani olmaqla, ümumilikdə 82 vəkil iştirak edib.