Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Şəki rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

27 iyul 2024    353 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən Bakı şəhərində, regionlarda və müxtəlif sosialyönümlü ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.  

ARVK-nın və Şəki Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 26 iyul tarixində Şəki rayonunda aztəminatlı şəxslərə pulsuz hüquqi yardımla əlaqədar aksiya keçirilib.

Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən keçirilən aksiyada 50-dən çox Şəki şəhəri və ətraf rayon sakinlərinə pulsuz hüquqi yardım göstərilib.

Aksiyadan yararlanan şəxslər ARVK rəhbərliyinə və Şəki Şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.