Cari ilin iyul
ayının 27-də Vəkillər Kollegiyasının təşkilatçılığı ilə “İdman mübahisələrində
vəkilin iştirakı” mövzusunda distant təlim keçirilib.
Təlimdə açılış
nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev təlim
iştirakçılarını Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim
mövzusunun aktuallığı və yeniliyi ilə bağlı xüsusi məqamlara toxunaraq onlara
uğurlar arzulayıb.
Təlimdə Vəkillər
Kollegiyasının və Beynəlxalq İdman Hüquqşünasları Assosiasiyasının üzvü Fərid
Haqverdiyev tərəfindən idman mübahisələrini həll edən orqanlar, onların
funksiyaları, o cümlədən idman mübahisələrində vəkilin rolu və vəkillərin
qarşılaşdıqları problemlər mövzusunda məruzələr edilib.
Həmçinin təlimçi
idman mübahisələrində vəkilin iştirakına dair çoxsaylı sualları cavablandırıb, vəkillərin
cavablandırdığı sorğunun nəticələri təhlil olunub.
Təlimin sonunda
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Şamaxı” Futbol Klubunun İdarə Heyətinin
sədri Elçin Usub təlimçini uğurlu keçən təlim münasibəti ilə təbrik edib və təlimin
mövzusu ilə bağlı öz təcrübəsinə söykənən təcrübə və tövsiyələrini təlim
iştirakçıları ilə bölüşüb.
Təşkil olunmuş distant təlimdə Vəkillər Kollegiyasının ümumilikdə 70 üzvü iştirak edib.