Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərin bağlanmış elektron müqavilələrinin sayında ciddi artım müşahidə edilir

01 avqust 2024    380 share share

Vəkillərin bağlanmış elektron müqavilələrinin sayında ciddi artım müşahidə edilir

Məlum olduğu kimi, cənab Prezidentin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamından irəli gələrək Vəkillər Kollegiyası tərəfindən informasiya kommunikasiya texnologiyalarından daha da geniş sürətdə istifadə edilməsi, vətəndaşların hüquqi yardıma çatımlılığı və hüquqi yardımın keyfiyyətinin artırılması məqsədilə hazırlanaraq fəaliyyətə başlayan “Elektron vəkil orderi” sistemindən aktiv istifadə edilir. Vəkillərin işini asanlaşdıran, vaxt itkisinin qarşısını alan, vətəndaş məmnunluğunu təmin edən bu sistem ötən ilin noyabr ayından pilot layihə kimi start götürüb və bu ilin aprelindən etibarən isə bir çox bürolarda uğurla həyata keçirilir.

Qeyd etmək istərdik ki, bu müddət ərzində “Elektron vəkil orderi” vasitəsi ilə 43 Vəkil Bürosunda 2743, habelə fərdi vəkilliklə fəaliyyət göstərən vəkillər isə 114 elektron müqavilə bağlayıb.

Beləliklə, qısa müddət ərzində ümumilikdə 2857 elektron müqavilə bağlanaraq Vəkillər Kollegiyası informasiya kommunikasiya texnologiyaları sahəsində yeni uğura imza atıb.

Bildirmək istərdik ki, iyul ayında  bağlanmış elektron müqavilələrin sayı 2 dəfə artıb. Bundan sonra da elektron qaydada bağlanmış müqavilələr üzrə əldə olunan orderlərin aylıq statistikası barədə məlumat veriləcək.

Qeyd edək ki, məlum olduğu kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.