Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Azərbaycan Vəkili” jurnalının növbəti sayı çap edilib

02 avqust 2024    558 share share

Baş redaktoru Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırov olan elmi-praktik hüquq jurnalın növbəti sayı beynəlxalq standartlar əsasında, o cümlədən müasir yanaşmalar üzərində qurulmaqla nəşr edilib.

Jurnalın çap edilən yeni sayında Vəkillər Kollegiyasının üzvü hüquq elmləri doktoru, professor Cavanşir Süleymanovun, Vəkillər Kollegiyasının üzvü Sirius Vəkil Bürosunun müdiri, hüquq elmləri doktoru, professor Sübhan Əliyev və məqaləyə həmmüəllif olan gənc tədqiqatçılar- Lalə Məmmədli və Hüseyn Allahverdiyevin, Vəkillər Kollegiyasının üzvü Mahurə Kərimovanın, Vəkillər Kollegiyasının üzvü, Hüquq və İnsan Haqları İnstitutunun tədqiqatçısı Günay Abasovanın, Vəkillər Kollegiyasının üzvü Gülxanım Surxaylının, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müəllimi Günay Hacıyevanın, o cümlədən digər gənc tədqiqatçılar- Mintanə Qaydarova, Mətin Əlili, Əli Camalov və Emin Rzayevin məqalələri redaksiya heyətinin müsbət rəyini alaraq çap edilib.

Qeyd edək ki, jurnalda dərc edilən hər bir elmi məqalə antiplagiat proqramından keçirilib.

Eyni zamanda jurnalın yeni sayında Vəkillər Kollegiyasının 2024-cü ilin yanvar-may ayları aralığına dair müvafiq hesabatı öz əksini tapıb.

Jurnal beynəlxalq standartlara tam uyğundur və redaksiya heyəti nüfuzlu yerli və əcnəbi alimlərdən təşkil edilib. 

Jurnal beynəlxalq identifikasiya kodu İSSN 3006-0974 və beynəlxalq rəqəmsal obyekt identifikatoru DOİ:10.61638/ALJL2023 nömrəsi ilə çap edilib.