Cari ilin avqust ayının 2-də Vəkillər Kollegiyası Akademiyası və Mərkəzi Bankın təşkilatçılığı çərçivəsində Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin əməkdaşları üçün “Kibercinayətkarlıq və bank sahəsi” mövzusunda təlim keçirilib.
Təlimdə Vəkillər Kollegiyasının Kibercinayətkarlıq Komitəsinin sədri, h.ü.f.d. Asif Mustafayev tərəfindən Mərkəzi Bankın əməkdaşları üçün kibercinayətkarlıq sahəsində məruzələr edilib.
Təlimçi kibercinayətkarlıq, onun yaranması əsasları və əsas təhlükələr, bank sektorunda bu tip pozuntuların qarşısının alınması və onunla mübarizə, xarici ölkələrdə bu qəbildən olan cinayətlərin təhlili və s. istiqamətində çıxışlar edib, təlim iştirakçılarının suallarını cavablandırıb.
İki növbə üzrə həyata keçirilən təlimdə Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin ümumilikdə 20 əməkdaşı iştirak edib.