Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Elektron order” mövzusunda növbəti təlimlər keçirilib

12 avqust 2024    517 share share

Cari ilin avqust ayının 10-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” mövzusunda iki əyani və iki distant olmaqla, növbəti təlimlər keçirilib.

 

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev təlim iştirakçılarını Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və keçirilən təlimin əhəmiyyəti, Elektron orderin önəmi, bu sahədə yeniliklər və təkmilləşdirmələr barədə vəkilləri məlumatlandırıb. Professor həm də çıxışında yeni sayı dərc edilmiş “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının növbəti sayını da iştirakçılara təqdim edib, jurnalın elmi əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Birinci təlim 10 avqust saat 10:00-11:40 aralığında təşkil edilib və təlim Vəkillər Kollegiyasının üzvü Anar Əsədov tərəfindən tədris olunub. Təlimçi elektron müqavilə və orderin bağlanması, dəyişdirilməsi və ləğvi, o cümlədən elektron orderin əldə edilməsi və s. texniki məsələlər barədə vəkilləri məlumatlandırıb və onların suallarını cavablandırıb.

 

Günün ikinci yarısı saat 13:00-14-40 aralığında  təşkil edilən ikinci təlimdə Vəkillər Kollegiyasının üzvü Fərid Rzabəyli tərəfindən məruzələr səsləndirilib. Təlimçi “Elektron order” xidmətləri barədə təlim iştirakçılarına məlumatlar verib, səsləndirilən sualları ətraflı cavablandırıb.

 

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, “Şamaxı” Futbol Klubunun İdarə Heyətinin sədri Elçin Usub, büro müdirləri Kəramət Əliyev, Hikmət Əliyev, İslam İsmayılov, Gülşən Salmanova, Mətanət Həsənova, Emin İsayev də daxil olmaqla 39 vəkil əyani, 96 vəkil distant qaydada birinci təlimdə, 36 vəkil əyani, 99 vəkil distant qaydada ikinci təlimdə iştirak edib.

 

Təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 270 üzvü iştirak edib.