Mülki
hüquq münasibətlərinin tənzimlənməsində xüsusi yer tutan əmlak hüquqlarının
müasir dövrün çağırışlarına uyğun təmin edilməsi üçün səmərəli mexanizmlərin
yaradılması məqsədilə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Daşınmaz əmlak
dövriyyəsinin stabilliyi” mövzusunda elmi-praktiki seminar keçirilib.
Beynəlxalq
ekspert, Almaniyanın Halle-Vittenberq Universitetinin professoru Azər Əliyevin
iştirakı ilə keçirilən seminarda Ədliyyə və İqtisadiyyat nazirlikləri, Ali Məhkəmə,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub, Kollegiyanın Biznes Hüququ
Komitəsinin sədri Nazlı Əhmədova və Azərbaycan Notariat Palatasının nümayəndələri
iştirak edib.
Seminarda
daşınmaz əmlak sektorunun inkişaf etdirilməsi, bu sahədə risklərin qiymətləndirilməsi,
o cümlədən tikintisi başa çatmamış binalarda hüquqların rəsmiləşdirilməsində
mövcud problemlər ətrafında müzakirələr aparılıb, bu sahədə qabaqcıl beynəlxalq
təcrübələrin tətbiqi imkanları nəzərdən keçirilib.