Ədliyyə Nazirliyinin Penitensiar Xidməti
ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun
olaraq, məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi prosesi davam
etdirilir.
Belə ki, avqustun 22-də Penitensiar Xidmətin
1, 6, 15 saylı cəzaçəkmə müəssisələrində və Müalicə müəssisəsində saxlanılan
ümumilikdə 100 nəfər məhkum yaradılmış bu imkandan istifadə edib.
“Femida”, “Kredo”, “Universal”, “Union” və “Faiq
Nağıyev və Partnyorları” Vəkil bürolarının vəkilləri tərəfindən onlara mülki və
cinayət qanunvericiliyinin müddəaları izah olunub, hüquq və azadlıqlarının
təmin edilməsi istiqamətində sualları cavablandırılıb.
Xatırladaq ki, Tədbirlər Planına uyğun olaraq, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.