Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə vəsiyyətnamə üzrə vərəsəlik hüququnun təcrübədə tətbiqi ilə bağlı təlim keçirilib

02 sentyabr 2024    470 share share

Cari il avqust ayının 31-də Vəkillər Kollegiyasının üzvləri üçün “Vəsiyyətnamə üzrə vərəsəlik hüququnun təcrübədə tətbiqi: Azərbaycan Respublikası və xarici dövlətlərin qanunvericiliyinin müqayisəli təhlili” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri, hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun adından salamlayıb və mövzunun aktuallığı ilə bağlı xüsusi məqamlara toxunaraq onlara uğurlar arzulayıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Tahir Əliyev vəsiyyətnamə üzrə vərəsəlik hüququnun təcrübədə tətbiqi, eyni zamanda yerli və xarici dövlətlərin qanunvericiliklərinin müqayisəli təhlili məsələləri barədə ətraflı çıxış edib. Təlimçi tərəfindən iştirakçılara mövzu üzrə təqdim edilmiş kazuslar geniş müzakirə olunaraq praktiki məsələlər qeyd olunub.

Təlimdə Vəkillər Kollegiyası Aparat rəhbərinin müavini, vəkil Səttar Məmmədov və digər vəkillər vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tətbiqi məsələləri barədə öz təcrübələrinə əsaslanaraq fikirlərini bölüşüblər.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb, xatirə şəkli çəkilib.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 41 üzvü iştirak edib.