Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Elektron order” layihəsi üzrə növbəti təlim keçirilib

16 sentyabr 2024    432 share share

Cari il sentyabrın 14-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə hibrid formada növbəti təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru Əmir Əliyev iştirakçıları Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və “Elektron order” təlimlərinin vəkillərin fəaliyyətində praktiki əhəmiyyətindən danışıb.

Həmçinin professor baş redaktoru Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov olan “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verib.

Təlimçi qismində çıxış edən Vəkillər Kollegiyasının üzvü Fərid Rzabəyli “Elektron order” sahəsi üzrə müvafiq məlumatları - elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki məsələləri, xüsusən elektron order sahəsi üzrə yenilikləri vəkillərin diqqətinə çatdırıb.

Sonda təlimçi tərəfindən vəkilləri bu sahədə maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, təlimdə büro müdirləri - Ramil Vəliyev, Vüsal Mirzəyev, Şahlar Xıdırov, Ziya Kazımov, İslam İsmayılov, Mətanət Həsənova və Fəyyaz Quliyev də daxil olmaqla 49 vəkil əyani, 64 vəkil (ümumilikdə 113 vəkil) isə distant qaydada iştirak edib.