“Elektron order” sahəsi üzrə yeniliklər
və təkmilləşdirmələrin, o cümlədən “Elektron order” xidmətləri barədə məlumatların
vəkillərlə bölüşdürülməsi məqsədi ilə Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı
ilə cari il sentyabrın 21-də növbəti hibrid təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər
Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları
Kollegiyanın rəhbərliyi adından salamlayıb və onlara uğurlar arzulayıb.
Təlimçi qismində çıxış edən Vəkillər
Kollegiyasının üzvü Lalə Namazova “Elektron order” sahəsi üzrə müvafiq məlumatları,
o cümlədən mövcud texniki məsələlər və yenilikləri vəkillərin diqqətinə
çatdırıb.
Həmçinin təlimdə iştirak edən Vəkillər
Kollegiyasının üzvü, “Elektron vəkillik” Komitəsinin sədri, “HGNS Kaunsilor” Vəkil
Bürosunun müdiri Nihad Əliyev vəkilləri bu sahədə maraqlandıran sualları ətraflı
cavablandırıb.
Qeyd edək ki, hibrid təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Dilarə Əfrasiyabova, büro müdirləri - Həbib Əliyev, Xalidə İsayeva, Mətanət Həsənova, Tofiq Şahmarov, Zaman Bağırov və Ziya Kazımov da daxil olmaqla 37 vəkil əyani, 96 vəkil distant qaydada olmaqla, ümumilikdə 133 vəkil iştirak edib.