Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

BAKININ AZAD OLUNMASININ 100-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ BƏYANAT

15 sentyabr 2018    1626 share share

Bu gün hər birimiz üçün fəxr günüdür. Məhz bu gün - 1918-ci il sentyabrın 15-də türk generalı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-daşnak və bolşevik işğalından azad etmiş və beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Bakı şəhəri elan olunmuşdur.

Bu əlamətdar hadisənin Azərbaycan və Türkiyənin vəkillik cameələri tərəfindən yaddaqalan şəkildə qeyd olunması, iki ölkə vəkilliyinin həmrəyliyinin nümayiş etdirilməsi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası rəhbərliyinin bu ilin mart ayında Türkiyəyə rəsmi səfəri zamanı hər iki ölkənin vəkillik təşkilatlarının rəhbərliklərinin razılığına əsasən, 15 sentyabr günü Türkiyə və Azərbaycan vəkil təşkilatlarının rəhbərləri bir-birinin vəkil mantiyalarını geyinib xatirə fotosu çəkdirəcəklər.

Bu fürsətdən istifadə edərək qardaş Türkiyə xalqına ölkəmizin o ağır dönəmində öz canı və qanı hesabına xalqımıza verdiyi əvəzsiz dəstəyə görə dərin minnətdarlığımızı bildirir, həmin günlərdə vəfat etmiş türk əsgərlərinin ruhları qarşısında baş əyir və hər iki xalqı bu əlamətdar gündə canı-dildən təbrik edirik!

Yaşasın, Türkiyə və Azərbaycan xalqlarının qardaşlığı!