Sentyabrın 26-da Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov işə yeni qəbul edilən vəkil
köməkçiləri ilə görüş keçirib.
Görüşdə Kollegiya sədri çıxış edərək vəkil
köməkçilərini salamlayıb, onların gələcək fəaliyyətində uğurlar arzulayıb.
Sonra Anar Bağırov vəkil köməkçilərinin
vəkillik fəaliyyətində rolu və əhəmiyyətindən, o cümlədən savadlı vəkil
köməkçilərinin peşəkar hüquqşünaslar hesabına artırılmasının önəmi barədə
danışıb.
Sədr nəzərə çatdırıb ki, hazırda ARVK-da
400-dən çox vəkil köməkçisi fəaliyyət göstərir, Kollegiya hər zaman onların
fəaliyyətinə, peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirir. Həmçinin
tövsiyələrini çatdıran Anar Bağırov onların vəkil köməkçisi kimi
fəaliyyətlərinin təcrübi biliyə yiyələnməsində faydalı olacağını vurğulayıb.
Sonda vəkil köməkçilərinə vəsiqələr təqdim edilib.