"Dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir”.
Bu fikirlər
Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində
keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına
ünvanladığı müraciətdə yer alıb.
Dövlət
başçısı bildirib ki, transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin,
o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media
platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm
məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb
çağırışlar qoyur.
“Əminəm
ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr
olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa
yol açacaqdır”, - deyə müraciətdə qeyd edilib.
Qeyd edək ki, 29 sentyabr-2 oktyabr tarixlərində Bakı şəhərində dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirilir. Sentyabrın 29-da Bakı Konqres Mərkəzində tədbirin açılış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov da iştirak edib.