Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Elektron order” layihəsi üzrə növbəti təlim keçirilib

30 sentyabr 2024    385 share share

Cari il sentyabr ayının 28-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə növbəti hibrid formada təlim keçirilib. 

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və “Elektron order” layihəsi üzrə uğurla davam edən təlimlər barədə məlumat verib.

Təlimçi qismində çıxış edən Vəkillər Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Həmid Əhmədov elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s. texniki məsələləri vəkillərin diqqətinə çatdırıb. Təlimçi tərəfindən mövcud sahə üzrə vəkilləri maraqlandıran bir çox suallar ətraflı cavablandırılıb.

Eyni zamanda təlimdə iştirak edən “Elektron vəkillik” Komitəsinin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan Şirinov “Elektron order” layihəsi üzrə vəkilləri maraqlandıran məsələlər barədə müvafiq sahədəki təcrübəsini bölüşüb.

Hibrid təlimdə büro müdirləri – Yeganə Məmmədova, Vüqar Xasayev, Xalidə İsayeva, Ziya Kazımov, Leyla Səfərova və Ramiz Musayev də daxil olmaqla 38 vəkil əyani, 68 vəkil distant qaydada olmaqla, ümumilikdə 106 vəkil iştirak edib.