Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Dəniz hüququ sahəsində normativ tənzimetmə və praktiki məsələlər” mövzusunda təlim keçirilib

30 sentyabr 2024    506 share share

Cari il sentyabrın 28-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Dəniz hüququ sahəsində normativ tənzimetmə və praktiki məsələlər” mövzusunda hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Seçilmiş təlim mövzusunun yeniliyi və xüsusən praktikada rolu barədə danışan professor təlimçiyə uğurlar arzulayıb. Həmçinin "Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə təlim iştirakçılarına məlumat verilib.

Təlimin əsas hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin Hüquq departamentinin Qanunvericilik layihələri şöbəsinin müdiri Nişat Rəhimov dəniz nəqliyyatı sahəsində əldə olunan nailiyyətlər- Tarixi “İpək yolu”nun bərpası, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya, o cümlədən dəniz hüququna ümumi baxış istiqamətləri haqqında ətraflı çıxış edib. Eyni zamanda Azərbaycan Respublikasında dənizçilik sahəsinin tənzimləndiyi normativ sistem və digər əlaqəli məsələlər barədə təlim iştirakçıları məlumatlandırılıb.

Təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və müxtəlif kazuslar səsləndirib.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının üzvləri və gənc hüquqşünaslar da daxil olmaqla 32 nəfər distant, 19 nəfər əyani olmaqla, ümumilikdə 51 nəfər iştirak edib.