Vəkilliyə qəbulla bağlı ixtisas imtahanının
test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız
elektron formada həyata keçiriləcəkdir.
Məlumat üçün bildiririk ki, Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbulla bağlı tələblərə
cavab verən namizədlər ixtisas imtahanının test mərhələsində iştirak üçün
yalnız elektron qaydada müraciət edəcəkdirlər.
Müasir imkanlar nəzərə alınmaqla,
namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan
yeni qaydalara əsasən, elektron sənəd qəbuluna 01.10.2024-cü il tarixdən start
veriləcəkdir. Müraciət üçün Kollegiyasının rəsmi internet səhifəsi vasitəsilə
“Vəkilliyə qəbul” bölməsinə (https://barassociation.az/candidate-login) daxil
olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.
ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında
əldə olunan razılığa əsasən, yaxın zamanda baş tutacaq test imtahanının tarixi
ilə əlaqədar əlavə məlumat vəriləcəkdir.
Onlayn qaydada müraciətlə videotəlimata keçid etməklə tanış ola bilərsiniz.