Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Elektron order” layihəsi üzrə növbəti təlim təşkil edilib

07 oktyabr 2024    435 share share

Cari il oktyabr ayının 5-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə hibrid formada növbəti təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb. Qeyd olunub ki, layihə istiqamətində indiyədək keçirilən təlimlərdə 1600-ə yaxın vəkil iştirak edib.

Təlimçi qismində çıxış edən Vəkillər Kollegiyasının üzvü Zinyət Ağamalıyeva “Elektron order” sahəsi üzrə müvafiq məlumatları, o cümlədən mövcud texniki məsələlər və yenilikləri vəkillərin diqqətinə çatdırıb.

Sonda müvafiq sahə üzrə vəkilləri maraqlandıran çoxsaylı suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, hibrid təlimdə büro müdirləri – Zeyqam Hüseynov, Mətanət Həsənova, Xalidə İsayeva, Elxan Əzizov və Ziya Kazımov daxil olmaqla 35 vəkil əyani, 68 vəkil (ümumilikdə 103 vəkil) distant qaydada iştirak edib.