Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə növbəti təlim keçirilib

14 oktyabr 2024    352 share share

Cari il oktyabr ayının 12-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən “Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə “Hüquqi şəxslərin yaradılması və xitamı” mövzusunda təlim təşkil edilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev gənc hüquqşünasları Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb. “Vəkildən gənc hüquqşünasa” layihəsinin gənc hüquqşünaslar üçün praktiki əhəmiyyətindən danışan professor, eyni zamanda “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti barədə iştirakçılara məlumat verib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə İbrahimova və həmin şirkətin hüquqşünası Səma Əhmədova hüquqi şəxslərin yaradılması və xitamı məsələləri ilə bağlı müvafiq məlumatlar - hüquqi şəxslərin dövlət qeydiyyatı, onların təsdiq edilmiş nizamnaməsi, o cümlədən nümayəndəlik, filiallar və digər əlaqəli praktiki məsələlər barədə çıxış edib.

Həmçinin təlimin təşkilində yaxından iştirak edən Akademiyanın hüquqşünas-məsləhətçisi Sona Xəlilli və mütəxəssis Rəşad Həsənəliyev tərəfindən Vəkillər Kollegiyası Akademiyasının istifadəyə verilmiş veb-saytı (https://academy-aba.az) barədə iştirakçılara geniş məlumat verilib.

Sonda müvafiq mövzu üzrə gənc hüquqşünasları maraqlandıran bir çox suallar cavablandırılıb.

Qeyd edək ki, əyani təlimdə 31 gənc hüquqşünas iştirak edib.