Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər üçün növbəti ixtisasartırma təlimi keçirilib

29 oktyabr 2024    503 share share

Ədliyyə Akademiyasında Vəkillər Kollegiyasının üzvləri üçün ““Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunundan vəkillərə münasibətdə irəli gələn məsələlər” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Belə ki, oktyabrın 25-də təşkil edilən təlimdə 25 vəkil iştirak edib. Təlimdə mövzular Vəkillər Kollegiyasının üzvü Anar Əsədov tərəfindən tədris edilib.

Təlim zamanı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun tənzimlədiyi məsələlər, tətbiq edildiyi proseslər, benefisiar mülkiyyətçinin eyniləşdirilməsi, üçüncü şəxslərə güvənmə, məlumat və sənədlərin saxlanılması, qanunla qorunan sirr rejiminə dair tələblər və vəkillərə münasibətdə qanundan irəli gələn digər məsələlərə toxunulub.