Noyabrın 1-də Azərbaycan Respublikası
Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş
qəbulu keçirilib.
ARVK-nın binasında Bakı və rayonlarından
qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri
dinlənilib, hər biri qeydiyyata alınıb.
Sədr vətəndaşlar tərəfindən qaldırılan
məsələlərin bir qisminin həlli üçün tapşırıqlar verib, araşdırılmasına ehtiyac
olan müraciətlər isə nəzarətə götürülüb.
Xatırladaq ki, ARVK sədri Anar Bağırovun
qəbuluna yazılmaq istəyən vətəndaşlar Kollegiya Aparatına müraciət edə
bilərlər.