1 noyabr 2024-cü il tarixində DİN-in Polis Akademiyasında “Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda Respublika elmi-praktik konfrans keçirilib.
Tədbirdə
“Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin, Azərbaycan Vəkillər
Kollegiyasının Rəyasət Heyətinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun
Elm-Tədris Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Heydər Əliyev adına Akademiyasının, Azərbaycan Respublikası DİN-in Daxili
Qoşunlarının Hərbi İnstitutunun, respublikamızın bir sıra dövlət qurumlarının və
ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri qonaq qismində
iştirak ediblər.
Eyni
zamanda konfransa onlayn formatda Rusiyanın bir sıra xüsusi təyinatlı ali təhsil
müəssisələrində və Türkiyə Milli Polis Akademiyasında təhsil alan azərbaycanlı
kursantları və respublikanın bir neçə ali təhsil müəssisələrinin müəllim və tələbələri
qoşulublar.
Tədbir
iştirakçıları tərəfindən Akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri
qoyulduqdan sonra konfrans zalında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın
suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin
əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı
giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis
general-mayoru Canpolad Daanov tədbir iştirakçılarını salamlayaraq konfransın
işinə uğurlar arzulayıb, onun məqsədi barədə fikirlərini bildirib. C.Daanov
dövlətimizin gələcək inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini
vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə
almasının önəmini nəzərə çatdırıb.
Vəkillər
Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov çıxış edərək konfrans
iştirakçılarını salamlayıb, onlara uğurlar arzulayıb. Konfransın mahiyyətinə
toxunan sədr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər qələbəsindən
danışıb.
Eyni zamanda kursantların iştirakı ilə “Zəfər Günü”nə həsr olunmuş yürüş keçirilib. Yürüş zamanı Akademiyanın kursantları Azərbaycan Respublikası Prezidentinin zəfər sevincini, Azərbaycan Respublikasının Bayrağını və DİN-in Polis Akademiyasının loqosunu əks etdirən böyük ölçülü plakatları çiyinlərində tutaraq təntənəli keçid ediblər. Kursantların iştirakı ilə “Şanlı zəfərimiz əbədidir” şüarı böyük sıra meydanında kursantlardan ibarət yazı şəklində nümayiş olunub.