8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) birgə Tədbirlər Planına uyğun olaraq ARVK ilə PX əməkdaşları arasında şahmat üzrə dostluq matçı keçirilib.
Yarışın təşkil olunmasında məqsəd ölkədə
həvəskar şahmat idman növünün inkişafına dəstək göstərmək, hüquq
ictimaiyyətinin şahmata olan bacarıqlarını nümayiş etdirməsinə şərait yaradaraq
qiymətləndirilməsindən ibarətdir.
Gərgin mübarizə və yaradıcılıq ruhunda
keçirilən görüş vəkillərdən ibarət yığma komandanın qələbəsi ilə yekunlaşıb.
Sonda qalib komanda üzvlərinə xatirə hədiyyələri
təqdim edilib.
Qeyd edək ki, hər iki qurumdan 8 iştirakçı qatılıb. Vəkillərdən ibarət yığma komandanın heyətində ARVK-nın üzvləri - Elşən Səfərov, Aydın Ələkbərov, Camal Əliyev, Sənan Süleymanlı, Tahir Əliyev, Elyar Həsənov, Əli Həsrətov və Qulam İsmayılzadə yer alıb.