Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər probasiya qeydiyyatında olan məhkumlara növbəti pulsuz hüquqi yardım göstərib

27 noyabr 2024    204 share share

Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mütəmadi olaraq ödənişsiz hüquqi yardımların göstərilməsi davam etdirilir.

Noyabrın 26-da Vəkillər Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti belə hüquqi yardım aksiyası təşkil edilib.

Belə ki, "Kiçikbəyov və Partnyorları", “Qanunçuluq” və 5 saylı Vəkil bürolarının vəkilləri tərəfindən probasiya qeydiyyatında olan 15-dən çox şəxs qəbul edilib, onların qarşılaşdığı hüquqi problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək, ödənişsiz hüquqi yardım göstərilib.

Qeyd edək ki, Probasiya xidməti və Hüquqi Yardım Mərkəzi tərəfindən xidmətin yerli qurumlarının qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə bu yaxınlarda imzalanmış Tədbirlər Planına əsasən bu cür aksiyalar mütəmadi olaraq davam etdiriləcək.