Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 18.12.2024-cü il tarixdə saat 10:00-da ARVK üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
İmtahanda iştirak etmək niyyətində olan
namizədlər tərəfindən sənəd qəbulunun 08.12.2024-cü il tarixədək davam edəcəyi
nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti təsdiq edilən, ancaq
imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər 08.12.2024-cü il
tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks
təqdirdə, test imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə
bilməyəcəklər.
Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə
tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu
səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini imtahandan 3
gün əvvəl namizədin elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil
olaraq çap etmələri xahiş olunur.
Həmçinin namizədlərdən müəyyən olunan
vaxtdan ən geci bir saat əvvəl imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri,
Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar
korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.