Cari il dekabr ayının 2-də Azərbaycan
Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası
keçirilib.
İclasda çıxış edən Kollegiyanın sədri Anar
Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.
İclas gündəliyinə uyğun olaraq Qadın
Vəkillər Alyansının hesabatı dinlənilib, Bakı şəhəri 22 saylı Vəkil Bürosunda
keçirilmiş monitorinqin nəticəsi elan edilib.
Sonra “Deontologiya” və “İcra Hüququ”
Komitələrinin Əsasnaməsinin və İş Planının təsdiq edilməsi məsələlərinə baxılıb
və müsbət qərarlar çıxarılıb.
Eyni zamanda iclasda “Elektron vəkil
kabinetindən istifadəya dair Təlimat”ın təsdiq olunması qərara alınıb.
Həmçinin iclasda Rəyasət Heyətinin
səlahiyyətləri çərçivəsində digər məsələlərə baxılıb.
İclasın davamında Vəkillərin İntizam
Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri
intizam pozuntularına görə 3 vəkilin fəaliyyəti dayandırılmaqla ARVK
üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul
edilib, 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb və 3 vəkilə isə
töhmət verilib.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar
əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.