Azərbaycan Respublikası Vəkillər
Kollegiyası (ARVK) və Amerika Hüquq Məktəbinin (SAL) birgə əməkdaşlığı
çərçivəsində ikigünlük hibrid formatında
təlim təşkil edilib.
ARVK-nın Hüquqi Yardım Mərkəzində keçirilən
təlimdə təlimçi qismində Illinois Tech Universitetinin Chicago-Kent Hüquqi
Kollecinin rəhbəri, professor Richard Warner iştirak edib. Professor onlayn
müqavilələr mövzusunu praktiki məsələlər üzərində izah edib, iştirakçılarla
aktiv diskussiya aparıb, sualları cavablandırıb.
Təlimə dünyanın 7 ölkəsindən ümumilikdə
150-dən çox iştirakçı qatılıb.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.