Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov Erinç Sağkanı yenidən Türkiyə Barolar Birliyinə başqan seçilməsi münasibəti ilə təbrik edib.
Anar Bağırov türkiyəli həmkarına zəng
vuraraq ona ARVK-nın adından təbriklərini çatdırıb, fəaliyyətinizdə uğurlar
arzulayıb.
Eyni zamanda telefon söhbəti zamanı Anar
Bağırov Erinç Sağkanı Azərbaycana səfərə dəvət edib:
“İnanırıq ki, rəhbərliyiniz altında Türkiyə
Barolar Birliyi ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasındakı
mövcud olan dostluq və əməkdaşlıq əlaqələri daha da güclənərək, iki qardaş
ölkənin vəkillik institutlarının bilik və təcrübə mübadiləsi daha da
genişlənəcəkdir. Əminik ki, bu əməkdaşlıq həm hüquq peşəsinin inkişafına, həm
də ədalət prinsiplərinin möhkəmlənməsinə xidmət edəcəkdir”.
Dəvəti məmnunluqla qəbul edən Erinç Sağkan
ARVK-nın sədrinə minnətdarlığını bildirib.