"Türk dövlətlərinin ortaq hüquq konsepsiyasının və fəaliyyət planının hazırlanması, türk dövlətləri hüquq peşələrini bir araya gətirən müştərək hüquq platformasının təsis olunmasıdır".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər
Kollegiyasının sədri Anar Bağırov Baş Prokurorluq və Ədliyyə Nazirliyi
tərəfindən Şəbəkənin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli
aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda
deyib.
O bildirib ki, bu platforma hüquqi bilik və
təcrübə mübadiləsini asanlaşdıracaq, hüquq peşələri arasında əməkdaşlığı
genişləndirəcək və ortaq hüquqi problemlərə daha effektiv və çevik həll yolları
tapmağa şərait yaradacaq: "Platforma eyni zamanda transmilli cinayətlərin
qurbanlarına keyfiyyətli hüquqi yardım standartlarının işlənib hazırlanması və
lazım olduqda onlara Pro Bono hüquqi yardımın göstərilməsi əsaslarının müəyyən
edilməsi üçün də bir baza rolunu oynaya bilər".
Sədrin sözlərinə görə, hüquqşünas kadrların
hazırlanmasında irəliləyişə nail olunması hüquq münasibətlərində transmilli
aspektlərin hüquqi tənzimlənməsinin əsaslarından biridir: "Bu zaman
hüquqşünas kadrların hazırlanması üzrə bakalavr və magistratura
istiqamətlərində ikili diplom proqramlarının qurulması əhəmiyyətli olardı.
Həmçinin, birgə hüquq nəşrlərinin dərc edilməsi, bu sahədə türk ölkələrinin
hüquq sistemlərinin müqayisəli öyrənilməsi və ortaq hüquq lüğətinin tərtib
olunması da bizim üçün prioritet məsələlərdən olmalıdır".
"İqtisadi əməkdaşlığın inkişafı
mübahisələrin alternativ həlli institutlarının daha da təkmilləşdirilməsini və
ortaq mübahisərin alternativ həlli institutlarının təşkilini zəruri edir. Belə
institutlar iqtisadi mübahisələrin vaxtında və səmərəli həllinə kömək edərək,
işgüzar dairələr arasında inam və əməkdaşlığı gücləndirəcəkdir. Bu institutlar,
həmçinin hüquqi proseslərin sürətlənməsinə və məhkəmə yüklərinin azalmasına
töhfə verəcək", - deyə A.Bağırov qeyd edib.