Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil Günü münasibətilə Azərbaycan vəkil korpusu Fəxri xiyabanı ziyarət edib

28 dekabr 2024    523 share share

Dekabrın 28-də Vəkil Günü münasibətilə ənənəvi olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) rəhbərliyi, orqanları və qurum rəhbərləri Fəxri xiyabanı ziyarət edib.

ARVK-nın rəhbərliyi, orqanları və qurum rəhbərləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsi dərin ehtiramla yad edilib. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.  

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-i ölkəmizdə Vəkil Günü peşə bayramı kimi qeyd olunur.