Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkil Günü münasibətilə vətəndaşlara növbəti dəfə pulsuz hüquqi yardım göstərilib

29 dekabr 2024    569 share share

28 dekabr Vəkil Günü münasibətilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən respublika ərazisində növbəti dəfə pulsuz hüquqi yardım aksiyası ilə bağlı “Açıq qapı” günü keçirilib.

Belə ki, dekabrın 28-də Bakı şəhərində “Pro Bono”, “Kredo”, Gəncə şəhər 1 saylı, Şəki Regional, Şirvan Regional və Cəlilabad Vəkil bürolarının, habelə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının vəkilləri tərəfindən pulsuz hüquqi yardım aksiyaları təşkil edilib.

Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti cinayət, inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən olunması, pensiya təminatı, kredit mübahisəsi, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Bundan başqa, sakinlərə hüquqi sənədlər tərtib olunub və onlara davamlı hüquqi yardımın göstərilməsi istiqamətində lazımi addımlar atılıb.

Aksiyada vəkillər tərəfindən ümumilikdə 100-dən çox vətəndaşa hüquqi məsləhətlər verilib, habelə müvafiq yazılı ərizələr tərtib edilib.

Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.

Eyni zamanda Vəkil Günü münasibətilə ARVK və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) birgə Tədbirlər Planına uyğun olaraq Kollegiyanın “Advokat” və PX-nin “Ədliyyə” futbol komandaları arasında mini-futbol yoldaşlıq oyununun keçirilib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.