Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkil Klubu tərəfindən Vətən müharibəsinin 5 illiyinə həsr olunmuş “Qalib Azərbaycan!” adlı IV Vəkil bədii yaradıcılıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
Müsabiqənin məqsədi hüquqşünaslara məxsus
şeir və hekayə çərçivəsində şəxsi əsərlərin qiymətləndirilməsi və uğur qazanmış
əsərlərin yayımlanmasından ibarətdir.
Mövzu
Müsabiqənin mövzusu vətənpərvərlik
dəyərlərinin təbliğidir və əsərlər istənilən həcmdə ola bilər.
İştirak
Müsabiqədə vəkillərin, vəkillərin ailə
üzvlərinin (ərinin (arvadının), uşağının), vəkil köməkçilərinin, hakimlərin,
hüquqşünasların və hüquq fakültəsinin tələbələrinin, habelə xarici ölkə
vəkillərinin iştirakı nəzərdə tutulur.
Xarici ölkə vəkilləri əsərlə birlikdə vəkil
olmalarını təsdiq edən sənədin surətini pdf formatda təqdim etməlidirlər. Hər
bir iştirakçı müsabiqəyə ən çoxu iki əsər göndərə bilər.
Əvvəllər yayımlanmış və ya hər hansı bir
yarışmada mükafat qazanmış əsərlərin qəbulunda hər hansı bir məhdudiyyət
yoxdur.
Əsərlərin təqdimi
Müsabiqəyə sadəcə elektron poçtla
safarovpasha@gmail.com ünvanına göndərilən əsərlər qəbul ediləcəkdir.
İştirakçı əsərləri şəxsi ad və soyadı ilə,
həmçinin bədii təxəllüsü ilə göndərə bilər. Zərurət yaranarsa, iştirakçıdan
ixtisasını (vəzifəsini) və təhsilini təsdiq edən sənəd tələb oluna bilər.
Əsərlər A4 səhifəsində “Word” formatında,
12 ölçüdə və “Times New Roman” şrifti ilə yazılmalıdır.
İştirakçı ad və soyadını hər əsərin
başlığında qeyd etməlidir.
Tarix
Müsabiqəyə əsər göndərmə müddəti 31 may
2025-ci ildə bitir.
Mükafat
Müsabiqədə ilk 3 yeri qazanan şəxslərə
hədiyyə və diplomlar təqdim ediləcək.
Digər
İştirakçı müsabiqəyə təqdim etdiyi əsərin
tamamilə ona aid olduğunu bəyan etməlidir. Əks halda mükafat alan iştirakçılar
əldə etdikləri mükafatı geri qaytarmalıdırlar.
Seçici qrup
Seçici Qrup müsabiqənin həqiqiliyi naminə
açıqlanmır.
Əlaqə:
Telefon: (+994) 55 680 70 67 (Paşa Səfərov)
Ünvan: Bakı şəhəri, C.Hacıbəyli 100, AZ
1007