Hörmətli vəkillər!
Hamınıza məlum olduğu kimi, dünən Kollegiya ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında əldə oldunmuş razılığa əsasən ilkin mərhələdə Bakı istisna olmaqla Azərbaycanın rayon və şəhərlərində yerləşən ASAN xidmət mərkəzlərində vəkil büroları açılsın.
Qeyd olunmalıdır ki, yaxın günlərdə həmin Bürolardan birinin İmişli rayonunda açılması nəzərdə tutulmuşdur.
Vəkillər Kollegiyası İmişli ASAN xidmət mərkəzində təsis olunacaq Vəkil Bürosunda işləmək arzusunda olan 2 nəfər vəkillərimizi Büroda işləməsi üçün dəvət edir.
Üstünlüklər:
- Əgər İmişlidə yaşamırsa, büroda işləyəcək vəkillərin aylıq kirayə haqqı qarşılanacaq;
- Vəkillərin üzvlük haqqından azad ediləcək;
- ASAN xidmət mərkəzindən tam təchizatlı ofis əvəzsiz olaraq vəkillərin istifadəsinə veriləcək;
Büronun fəaliyyət istiqmətinə uyğun olaraq vəkillər yalnız aztəminatlı şəxslərə 20 dəqiqəyədək ödənişsiz şifahi hüquqi məsləhətlər verəcək, digər hallarda isə məbləği sərbəst müəyyən edilməklə müqavilələr əsasında məhkəmələr və digər təmsilçilik fəaliyyəti ilə məşğul ola biləcəklər.
İmişli ASAN vəkil bürosunda işləmək və Büronun təsisçisi olmaq arzusunda olan vəkillər ən geci 09/10/2018-ci il tarixədək öz istəklərini Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfova +994702167203 telefonu vasitəsilə bildirə bilərlər.
Qeyd: Seçimdə vəkilliyə yeni qəbul olunmuş üzvlərə üstünlük veriləcəkdir.