Yanvarın 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulu keçirilib.
ARVK-nın binasında Bakı və rayonlarından
qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri
dinlənilib, hər biri qeydiyyata alınıb.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan hüquqi
problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər verilib,
habelə sədr məsələlərin bir qisminin həlli üçün tapşırıqlar verib,
araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbuluna yazılmaq istəyən vətəndaşlar ARVK Aparatına müraciət edə bilərlər.