Cari il
yanvarın 25-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkillərin
elektron kabinetlərdən istifadəsinin səmərəliliyinə nail olunması” mövzusunda
distant qaydada təlim keçirilib.
Təlimdə açılış
nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor
Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb.
Qeyd olunub ki, ötən ilin avqust-noyabr ayları aralığında Vəkillər Kollegiyası
Akademiyasının təşkilatçılığı ilə müxtəlif ixtisaslaşmış təlimçilər tərəfindən
təşkil edilmiş hibrid formalı “Elektron order” təlimləri Kollegiyanın peşəkar
hüquqi yardımın həyata keçirilməsində informasiya texnologiyalarının nailiyyətlərindən
istifadə etmə sahəsində növbəti uğurudur.
Təlimin əsas
hissəsində Vəkillər Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü
Nurlan Səfərov vəkillərin elektron kabinetlərdən istifadəsi zamanı bilməli
olduqları proseslər- elektron müqavilə, orderin verilməsi, dəyişdirilməsi və s.
texniki məsələlər barədə geniş məlumat verib. Eyni zamanda mövzu üzrə yeniliklər,
müxtəlif praktik məsələlər iştirakçılarla müzakirə edilib.
Sonda vəkilləri
maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təşkil edilmiş distant təlimdə Vəkillər Kollegiyasının 58 üzvü iştirak edib.