Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə mediasiya sahəsi üzrə təlim keçirilib

03 fevral 2025    343 share share

Cari il fevralın 1-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Yeni vəkillər üçün mediasiya və mediasiya danışıqları (mediasiyanın prinsipləri, tərəflərin üzləşə biləcəyi risklər, mediasiyanın mərhələləri, qanunvericilik, imkanlar və boşluqlar, etik məsələlər)” mövzusunda hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mediasiya sahəsinin hüquqi əhəmiyyəti barədə məqamlara toxunub.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Mediasiya Şurasının üzvü, hüquq üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehdiyev danışıqların əsas tərkib hissələri, danışıqların növü, yol verilə bilən yanlışlıqlar, effektiv müzakirə bacarıqları, o cümlədən mövcud sahə üzrə həm yerli, həm də beynəlxalq təcrübə və digər praktik məsələlər barədə ətraflı çıxış edib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 42 vəkil distant, 13 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 55 üzvü iştirak edib.