Cari il fevral ayının 8-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Birgə nikah dövründə əldə olunan əmlakın bölgüsü” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun
aktuallığı, praktiki əhəmiyyəti ilə bağlı xüsusi məqamlara toxunub.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron
Təhlükəsizlik Xidmətinin Normativ hüquqi təminat şöbəsinin müdiri Könül
Fərəcova birgə mülkiyyət, hüquqlar (aktivlər) və öhdəliklər (passivlər), o
cümlədən iddia müddətinin tətbiqi, əmlak bölgüsü, payların müəyyən edilməsi, prosessual
tənzimləmələr və digər praktiki məsələlər barədə çıxış edib.
Həmçinin təlimçi mövzu üzrə mövcud məhkəmə
praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə ümumilikdə 92 vəkil iştirak edib.