Cari il fevral ayının 15-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vəkilin reklam qadağası və onun sərhədləri” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən
Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun
aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində Vəkillərin İntizam
Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin
Əliyev “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəaları, vəkilin
öz fəaliyyətini təbliğ etməsində müsbət və mənfi hallar, reklamın sərhədləri,
etik prinsiplər və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.
Sonda vəkillərin müvafiq sahədə çoxsaylı
sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə ümumilikdə 64 vəkil iştirak edib.