Fevralın 19-da Azərbaycan
Respublikası Vəkillər Kollegiyanın (ARVK) inzibati binasında ARVK-nın sədrinin
iştirakı ilə cinayət-prosessual qanunvericiliklə bağlı yaradılmış İşçi Qrupunun
iclası keçirilib.
Görüşdə çıxış edən Kollegiyanın
sədri Anar Bağırov İşçi Qrupunun üzvlərini salamlayıb, cinayət-prosessual
qanunvericilikdə mövcud olan boşluqlar, bu boşluqların hüquq sisteminə və vəkillik
fəaliyyətinə təsirlərindən danışıb.
Sonra görüşdə cinayət-prosessual
qanunvericiliyə təkliflər, nəzərdə tutulan yeniliklərə bağlı İşçi Qrupunun üzvlərinin
fikirləri işçi qaydada müzakirə olunub, vəkillərin bu proseslərdə rolu, eyni
zamanda hüquqi müdafiə sisteminin təkmilləşdirilməsi imkanları dəyərləndirilib.
Yekunda müzakirələrin genişləndirilməsi və davam etdirilməsi məqsədəmüvafiq hesab edilib.