Cari il fevralın 22-də
Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkillər arasında
etik münasibətlər" mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və mövzunun
aktuallığı ilə bağlı xüsusi məqamlara toxunub.
Təlimin I hissəsində Vəkillər
Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri
Paşa Səfərov “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin müddəaları, vəkil
etikası, peşə vəzifələri, vəkil-müştəri münasibətləri və digər müxtəlif məsələlər
ilə bağlı geniş müzakirələr aparıb.
Təlimin II hissəsində isə
Vəkillər Kollegiyası və Deontologiya Komitəsinin üzvü Vüsal Cəfərov vəkillər
arasındakı etik normalar, vəkillər arasında əməkdaşlıq, xarici ölkələrin təcrübəsində
vəkil etikası və digər əlaqəli mövzular barədə ətraflı çıxış edib.
Sonda vəkilləri
maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə
55 vəkil iştirak edib.