Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olan Səbuhi Göyüşovla görüş keçirib.
Görüşdə layihənin idarəçi
rəhbərlərindən biri olan Kollegiya sədri Anar Bağırov Səbuhi Göyüşovu müsabiqənin
qalibləri sırasında yer alması münasibətilə təbrik edib, gələcək işlərində müvəffəqiyyətlər
arzulayıb, onun uğurunu yüksək qiymətləndirib və bu cür proqramların ölkəmizdə
istedadlı gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Eyni zamanda sədr Səbuhi
Göyüşovun mentorluq proqramı çərçivəsində idarəçilik sahəsində təcrübəsinin
artırılması üçün ARVK tərəfindən zəruri dəstək göstəriləcəyini, birillik fərdi
inkişaf planı əsasında onunla sıx əməkdaşlıq ediləcəyini, habelə öz təcrübəsini
bölüşərək potensialını üzə çıxarmasına kömək olacağını bildirib.
Həmçinin Anar Bağırov vəkillik
sahəsində son illərdə aparılan köklü islahatlardan, Kollegiyanın maddi-texniki
təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və eyni zamanda qarşıda
duran hədəflərdən söz açıb.
Səbuhi Göyüşov isə
dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində ARVK-nın sədrinə
yaradılan imkan və səmimi görüşə görə təşəkkürünü bildirib, müsabiqə haqqında təəssüratını
bölüşüb, öz layihəsinin əsas məqsədləri və gələcək planları barədə danışıb.
Xatırladaq ki, “Yüksəliş”
müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul
2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri
mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min
manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.