Cari il mart ayının 11-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Arbitraj ilə bağlı nəzəri və praktiki məşğələlər” mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər
Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları
Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun aktuallığını
qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının
üzvü, “Legalize Hüquq Şirkəti”nin təsisçi-partnyoru Fuad Qəşəmov arbitrajın səciyyəvi
xüsusiyyətləri, mübahisələrin həlli üçün konsensual vasitə, arbitrajın
üstünlükləri, o cümlədən mövzu üzrə yerli və xarici qanunvericilik sənədləri,
arbitraj sazişinin forması və digər aktual məsələlər barədə geniş məlumat
verib.
Təlimçi tərəfindən müvafiq sahədə təhlillər aparılıb
və mövcud məhkəmə praktikasındakı işlər müzakirə edilib.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 59 üzvü iştirak edib.