Mart atının 14-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
ARVK-nın binasında Bakı
şəhəri və respublikanın bölgələrindən qəbula gələn vətəndaşların keyfiyyətli
hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.
Qəbul çərçivəsində vətəndaşlar
tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib,
lazımi məsləhətlər və tövsiyələr verilib. Eyni zamanda sədr məsələlərin bir
qisminin həlli istiqamətində tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan
müraciətlər nəzarətə götürülüb, aidiyyəti üzrə tədbirlərin görüləcəyini
bildirib.
Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbuluna yazılmaq istəyən vətəndaşlar ARVK Aparatına müraciət edə bilərlər.